...

İranda oğurluq edən bir nəfərin əli kəsilib

Dünya xəbərləri Materials 24 Yanvar 2013 14:05 (UTC +04:00)
İranın Şiraz şəhərində əhalinin gözü qarşısında oğurluqda ittiham edilərək məhkum olunmuş 29 yaşlı gəncin əli kəsilib.
İranda oğurluq edən bir nəfərin əli kəsilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Şiraz şəhərində əhalinin gözü qarşısında oğurluqda ittiham edilərək məhkum olunmuş 29 yaşlı gəncin əli kəsilib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

Şiraz şəhər prokurorluğunun məlumatına görə, həmin şəxs 10 nəfərlik bir qrupla Şiraz şəhərində müxtəlif vaxtlarda oğurluq edib.

Məhkəmənin qərarı ilə həmin şəxs oğurladığı malı sahiblərinə qaytarmaq şərti ilə həmçinin 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti