...

Ali liderin müşaviri: İranda prezident seçkiləri öncəsi vəziyyət qeyri-stabildir

Dünya xəbərləri Materials 30 Yanvar 2013 12:34 (UTC +04:00)
Hazırda İranda vəziyyət qeyri-sabitdir. Bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviri Əli Əkbər Vilayəti deyib.
Ali liderin müşaviri: İranda prezident seçkiləri öncəsi vəziyyət qeyri-stabildir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbirlər E Tarverdiyeva, T.Cəfərov /

Hazırda İranda vəziyyət qeyri-sabitdir. Bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviri Əli Əkbər Vilayəti deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Mehr agentliyi yazıb.

"Qarşıdakı prezident seçkiləri ərəfəsində mühafizəkarlar istənilən mübahisəli addımdan qaçmalıdırlar", - Vilayəti bildirib və əlavə edib ki, seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac olmaması daha məqsədəuyğun olardı, çünki bu, iğtişaşlarla nəticələnə bilər.

İranda növbəti prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.

İranın keçmiş xarici işlər naziri Vilayəti habelə ölkənin bir sıra siyasi xadimlərinin bəhs etdikləri "azad seçkilər" mövzusuna da toxunub.

"Onlar azad seçkilər haqqında danışmaqla hətta başlamazdan əvvəl seçkilərin legitimliyini şübhə altında qoyurlar", - o deyib.

Vilayətinin sözlərinə görə, bu, mühafizəkarlar arasında birlik məsələsidir.

"Onların dairələrində intriqa var, lakin onlar bütün fikir ayrılıqlarını unutmalıdırlar", - o əlavə edib.

Koalisiyanın üç nümayəndəsi haqqında danışan Vilayəti bildirib ki, koalisiyanın hədəfi qarşıdakı seçkilərə layiqli namizədin seçimidir.

"Biz partiyalar deyil, adamlara tərəfdar çıxırıq. Əgər Konstitusiyaya inanan, ali liderə etibar edən, islama tərəfdar olan və Respublikaya inanan namizəd varsa, onda biz koalisiyadan olub-olmamasından asılı olmayaraq onu dəstəkləyəcəyik", - müşavir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti