Azərbaycan, Bakı, 10 mart /Trend/
Ermənistan prezidentliyinə keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Ovannisyan bazar günü seçkilərin nəticələrinə qarşı aclıq aksiyasına başladığını elan edib. Bu barədə RİA Novosti xəbər agentliyi məlumat verir.
Serj Sarqsyan aprelin 9-na (Sarqsyanın İnaqurasiya günü) qədər istefa verməlidir. Əgər aprelin 9-u o Konstitusiyaya və İncilə and verəcək və bütün ermənilərin Katolikosu II Qaregin ona öz xeyir-duasını versə, onlar bunu mənim cəsədim üstündə edəcəklər", Ovanisyan tərəfdaşlarının yığıldığı mitinqdə söyləyib.