Gürcüstan, Tbilisi, 17 mart /Trend, müxbir N.Kirtsxaliya/
Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze martın 18-də Azərbaycana iki günlük səfər edəcək. Bu bərədə Trend-ə Gürcüstanın xarici işlər nazirliyindən bildirib.
Səfər çərçivəsində, Gürcüstanın xarici işlər naziri Azərbaycanın baş naziri Artur Rəsizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə görüşlər keçirəcək.
Pancikidze həm də öz azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirəcək və sonra media üçün birgə brifinq təşkil olunacaq.
Həmçinin Gürcüstanın xarici işlər nazirinin media nüməyanədləri ilə görüşü keçirələk.
Səfər çərçivəsində Pancıkidze "Terrorizmlə mübarizədə əməkdaşlığın möhkəmlədirilməsi" beynəlxalq konfransında iştirak edəcək.