Azərbaycan, Bakı, 13 aprel /Trend/
Ermənistan Prezidenti Serj Sarkisyan Yerevana rəsmi səfərə gələn Gürcüstanın xarici işlər naziri Mayya Pancikidzeni qəbul edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Armenia Today" Ermənistan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Sarkisyan qeyd edib ki, qonşu Gürcüstan ilə ötən 20 il ərzində formalaşan yüksək səviyyədə münasibətlər iki qonşu ölkə xalqlarının tarixi münasibətlərinə uyğun gəlir.
Görüşdə Ermənistan və Gürcüstanın XİN rəhbərləri Edvard Nalbandyan və Mayya Pancikidze dövlət başçısına iki ölkə XİN-in əməkdaşlığının möhkəmləndirilməsinə, habelə dövlət sərhədlərinin delimtiasiyası və demarkasiyası üzrə komissiyanın işinə istiqamətlənmiş tədbirləri təqdim ediblər.
Sarkisyan ölkədə erməni abidələrinə diqqətinə və onların bərpasında yardım göstərməyə hazır olduğuna görə Gürcüstanın Baş naziri Bidzina İvanişviliyə təşəkkür edib. Görüş iştirakçıları Ermənistan və Gürcüstanın mədəniyyət, təhsil sahələrində fəaliyyətinin dərinləşdirilməi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün mövcud potensialın tam istifadəsi imklanlarını müzakirə ediblər.
Tərəflər regional problemlər, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.