...

İranda islahatçı siyasətçi sabiq prezident Rəfsəncaninin xeyrinə seçkilərdə öz namizədliyini geri götürüb

Dünya xəbərləri Materials 16 May 2013 11:39 (UTC +04:00)
İran prezidentliyinə namizəd, islahatçı siyasətçi Məhəmməd Şəriətmədari prezident seçkilərində öz namizədliyini ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaniin xeyrinə geri götürüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Tasnim" agentliyi xəbər yayıb.
İranda islahatçı siyasətçi sabiq prezident Rəfsəncaninin xeyrinə seçkilərdə öz namizədliyini geri götürüb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran prezidentliyinə namizəd, islahatçı siyasətçi Məhəmməd Şəriətmədari prezident seçkilərində öz naimzədliyini ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaniin xeyrinə geri götürüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Tasnim" agentliyi xəbər yayıb.

Şəriətmədari İranın keçmiş ticarət naziri, sabiq prezident Məhəmməd Xatəminin kabinetində olub.

Şəriətmədarinin seçki qərargahının mətbuat xidməti bildirib ki, Şəriətmədari ötən gün Rəfsəncani ilə görüşüb və onunla danışıqlardan sonra sabiq prezidentin xeyrinə öz namizədliyini geri götürmək qərarına gəlib:

"Yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi bəyanat veriləcək və Şəriətmədarinin qərargahının üzvləri Rəfsəncanini dəstəkləmək məqsədilə işləyəcək".

"Fars" agentliyinin verdiyi məlumata görə, İran Parlamentinin 100-dən çox deputatı tərəfindən ölkənin sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncaninin prezident seçkilərində iştirak hüququndan məhrum edilməsi ilə bağlı Keşikçilər Şurasına çağırış təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti