Azərbaycan, Bakı, 16 iyul /Trend/
BMT Təhlükəsizlik Şurasının ekspertləri İranın 2012-ci ildə "Böyük Peyğəmbər - 7" təlimləri zamanı "Şahab-1" və "Şahab-3" ballistik raketlərinin buraxılması müvafiq qətnamənin pozulması haqda ümumi fikirə gələ bilməyiblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
1929 qətnamənin doqquzuncu bəndinə əsasən, BMT TŞ qərara alıb ki, "İran nüvə silahını çatdırmağı bacaran ballistik raketlərlə bağlı hər-hansı fəaliyyətə təşəbbüs göstərməyəcək, ballistika raket texnologiyasının tətbiqi ilə buraxmalar daxil olmaqla".
"Komitənin bir sıra üzvləri bu buraxmaları 1929 qətnamənin (2010-cu il) pozulmasını təşkil etməsi haqda fikiri ifadə ediblər və bununla əlaqədar BMT üzv ölkələri ballistik raketlər üzrə İrana qarşı sanksiyaların tətbiqi üzrə öz səylərini ikiqat artırmalıdırlar. İndiki mərhələdə bəzi komitə üzvləri bu fikirə şərik ola bilmirlər", - ekspert komitəsində sədrlik edən Avstraliyanın daimi nümayəndəsi Hari Kuinlan bildirib.
Bəzi ölkələr İrana qarşı sonrakı təzyiqə fikrini bildirib, həmdə ki, ölkənin seçilmiş prezidenti Həsən Ruhani nüvə proqramı üzrə açıq siyasət göstərməyə söz verib.
Belə ki, Çin nümayəndə heyəti qeyd edib ki, İrana qarşı sonrakı sanksiyalar yalnız problemin həllini çətinləşdirəcək, bununla da diplomatik səylər lazımdır. Birləşmiş Ştatlar həmçinin diplomatiyanın əhəmiyyətini tanıyıblar və qeyd ediblər ki, "yalnız sanksiyaların tam həyata keçirilməsi İrana göstərəcək ki, yerinə yetirməmənin nəticəsi necə ola bilər".
Rusiya nümayəndə heyəti vurğulayıb ki, İran barədə nəticələr və fəaliyyətinin qiymətləndirilməsi "yalnız etibarlı və yoxlanılan informasiyaya əsaslanmalıdır".
Hari Kuinlan Təhlükəsizlik Şurasına gələcəkdə yenilənmiş məruzəni təqdim etməyə söz verib.