...

Meksika yalnız BMT-nin razılığına əsasən Suriyada əməliyyatı dəstəkləyəcək

Dünya xəbərləri Materials 7 Sentyabr 2013 07:58 (UTC +04:00)
Meksika hökuməti BMT Təhlükəsizlik Şurasının razılığı olduğu təqdirdə Suriyada hərbi əməliyyatları dəstəkləməyə hazırdır.
Meksika yalnız BMT-nin razılığına əsasən Suriyada əməliyyatı dəstəkləyəcək

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Meksika hökuməti BMT Təhlükəsizlik Şurasının razılığı olduğu təqdirdə Suriyada hərbi əməliyyatları dəstəkləməyə hazırdır. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə cümə günü ölkənin xarici işlər naziri Xose Antonio Meade bildirib.

"Biz bu aksiyaların lehinə yalnız o halda çıxış edə bilərdik ki, əgər onlar güc tətbiqinə icazə hüququ və yeganə instansiya olan BMT Təhlükəsizlik Şurası tərəfindən koordinasiya olunar, " - Meade Sankt-Peterburqda G20 zirvə görüşünün yekunu üzrə Radio Formulaya müsahibəsində bildirib.

Bununla yanaşı Meksika XİN rəhbəri vurğulayıb ki, latın amerika ölkəsi Suriyada mülki əhaliyə qarşı kimyəvi silahların tətbiqini və zorakılığı pisləyir.
Sankt-Peterburqdakı G20 sammitin yekunları üzrə iştirakçılar Suriya münaqişəsi üzrə vahid fikrə gələ bilməyiblər.

Xəbər lenti

Xəbər lenti