...

İraqda 21 nəfər terror aktının qurbanı olub

Dünya xəbərləri Materials 5 Fevral 2014 12:37 (UTC +04:00)
İraqda XİN-in binası yanında və Bağdadda mühafizə olunan "yaşıl zona"nın çıxışında ard-arda baş verən partlayışlar nəticəsində 21 nəfər həlak olub.
İraqda 21 nəfər terror aktının qurbanı olub

Azərbaycan, Bakı, 5 fevral /Trend/

İraqda XİN-in binası yanında və Bağdadda mühafizə olunan "yaşıl zona"nın çıxışında ard-arda baş verən partlayışlar nəticəsində 21 nəfər həlak olub. İraq DİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, paytaxtda üç minalanmış avtomobil partladılıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

"Yaşıl zona" Bağdadın mərkəzində əcnəbilərə və hökumətə məxsus obyektlərin yerləşdiyi ərazidir.

Gecə bu rayon habelə minomyotlardan atəşə məruz qalıb. Mühafizə olunan ərazidə iki mərmi partlayıb, bir hərbçi həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti