...

Aİ Ukraynaya 500 milyon avro əlavə maliyyə yardımı verə bilər

Dünya xəbərləri Materials 5 Mart 2014 13:44 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ukraynaya 500 milyon avro məbləğində əlavə maliyyə yardımı verə bilər.
Aİ Ukraynaya 500 milyon avro əlavə maliyyə yardımı verə bilər

Azərbaycan, Bakı, 5 mart /Trend/

Avropa İttifaqı (Aİ) Ukraynaya 500 milyon avro məbləğində əlavə maliyyə yardımı verə bilər. Bu barədə İTAR TASS Avropa Parlamenti komitəsinin əməkdaşına istinadən bildirib.

Məlumatda deyilir: "Ukraynaya 500 milyon avro əlavə maliyyə yardımı verilməsi haqqında təklifə baxılır".

Dünən Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib ki, Aİ-nin ali icra hakimiyyəti orqanı bu gün özünün Ukraynaya yardım proqramını açıqlayacaq.

Qeyd edək ki, bir müddət əvvəl artıq Aİ bu ölkəyə maliyyə-iqtisadi sistemin stabilliyini dəstəkləmək üçün 610 milyon avro məbləğinədək makromaliyyə yardımı göstərəcəyini vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti