...

"Bavariya"nın prezidenti vəzifəsini tərk edir

Dünya xəbərləri Materials 14 Mart 2014 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Vergidən yayınmağa görə 3,6 il azadlıqdan məhrum edilmiş Almaniyanın "Bavariya" futbol klubunun prezidenti Uli Heness vəzifəsini və klubun müşahidə şurasındakı postunu tərk edir. Trend-in məlumatına görə, bu barədə klubun saytında bildirilib.

Münhen məhkəməsi U.Henessi vergidən yayınmaqda təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İttiham tərəfi 5 il 6 ay həbs cəzası tələb etsə də, müdafiə tərəfi şərti müddət verilməsini tələb edib.

U.Heness kassasiya şikayəti verməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti