...

Barrozu: Avropa Komissiyası Ukraynaya dəstək qrupu yaradıb

Dünya xəbərləri Materials 9 Aprel 2014 14:53 (UTC +04:00)
Avropa Komissiyası (AK)Ukraynaya dəstək qrupunun yaradıldığını elan edib. Bu barədə AK-nin sədfri Joze Manuel Barrozu məlumat verib.
Barrozu: Avropa Komissiyası Ukraynaya dəstək qrupu yaradıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Avropa Komissiyası (AK) Ukraynaya dəstək qrupunun yaradıldığını elan edib. Bu barədə AK-nin sədri Joze Manuel Barrozu məlumat verib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS agentliyi yayıb.

O deyib: "Avropa Komissiyası Ukraynaya dəstək qrupu yaradıb. Onun məqsədi Ukraynaya təkcə maliyyə deyil, həm də texniki yardım, islahatlar prosesində dəstəkdir. Bununla da biz təsdiq edirik ki, Aİ Ukraynanın tərəfindədir".

Bu qərar "Avropa Komissiyasının Kiyevə 11 milyard avro həcmində yardım göstərməsi haqqında elan etməsindən və bu ölkə ilə assosiasiya haqqında sazişin siyasi hissəsinin imzalanmasından sonra növbəti addımdır".

O dəqiqləşdirib ki, bu məbləğ 2020-ci ilədək BVF-nin bütün tələblərinin yerinə yetirilməsi şərtilə veriləcək. Bu zaman bunun səkkiz milyardını Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı tərəfindən yalnız əlverişli iqtisadi konyuktura şəraitində həyata keçiriləcək mümkün layihələrin maliyyələşdirilməsi təşkil edir. Assosiasiyalar haqqında sazişə gəldikdə, onun siyasi bloku bu sənədin həcminin cəmi iki faizini təşkil edir və rəmzi addımdır.

Qeyd edək ki, bu, artıq Ukraynaya dəstəklə bağlı qrup yaratmaq üzrə üçüncü cəhddir. Onun tərkibi hələlik müəyən edilməyib. Fevral və mart aylarında AK belə qrupun yaradılmasına hazırlıq getdiyini artıq bəyan etmişdi. Lakin hər iki halda onun yaradılması təxirə salınmışdı.

Qeyd edək ki, fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti