...

Kaxa Kaladze: Gürcüstan birgə layihələr çərçivəsində Azərbaycan və Türkiyədən investisiyaların artacağını gözləyir

Dünya xəbərləri Materials 6 May 2014 12:09 (UTC +04:00)
Gürcüstan birgə layihələr çərçivəsində Azərbaycan və Türkiyədən investisiya həcmlərinin artacağını gözləyir.
Kaxa Kaladze: Gürcüstan birgə layihələr çərçivəsində Azərbaycan və Türkiyədən investisiyaların artacağını gözləyir

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan birgə layihələr çərçivəsində Azərbaycan və Türkiyədən investisiya həcmlərinin artacağını gözləyir. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstanın energetika naziri Kaxa Kaladze Gürcüstan, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən "Tbilisi sammiti 2014"-ü şərh edərkən bildirib.

Nazir deyib: "Biz ölkəmizin tranzit potensialının reallaşması üçün daha bir fürsət olan "Şahdəniz-2" iri enerji layihəsinin həyata keçirilməsinin astanasındayıq".

Onu sözlərinə görə, region iqtisadiyyatının inkişafına yeni təkan verən "Bakı-Tbilisi-Qars" dəmiryol layihəsinin yaradılması üzrə layihənin başa çatması və reallaşması da yaxınlaşır: "Sammit 3 ölkənin iqtisadi sahədə daha çox inteqrasiyasına kömək edəcək ki, bu da xalqlarımızın rifahının artmasına gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti