Azərbaycan, Bakı, 7 avqust /Trend/
Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Armen Eritsyan hökumətin iclasında FHN-in mülki müdafiə qoşunlarını hərbçilərə köməyə göndərməyi təklif edib. Bu barədə Trend cümə axşamı "Armenia Today"-ə istinadən məlumat verir.
Onun sözlərinə görə, mülki müdafiə xidmətinin 4 minə yaxın əməkdaşı var: "Bizə silah verilməsini istəyirik".
Bu təklif Baş nazir Ovik Abramyanın xoşuna gəlməyib. O deyib ki, bu ciddi məsələdir: "Müdafiə naziri Seyran Ohanyan təklifə cavab verməməli və hazırda bu mövzuda danışmamalıdır".