...

İran və Ermənistan dəmir yolunun tikintisinə dair saziş imzalayıb

Dünya xəbərləri Materials 11 Noyabr 2014 14:41 (UTC +04:00)
İran və Ermənistan ötən axşam dəmir yolunun tikintisinə dair saziş imzalayıb. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.
İran və Ermənistan dəmir yolunun tikintisinə dair saziş imzalayıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran və Ermənistan ötən axşam dəmir yolunun tikintisinə dair saziş imzalayıb. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib. Bu barədə Trend İranın Fars agentliyinə istinadən məlumat verir.

A.Axundi bildirib ki, Ermənilər öz dəmir yollarını İranın Culfa şəhərinin dəmir yoluna birləşdirmək istəyir. "Ermənistan əmin olmaq istəyir ki, öz dəmir yolunu İran dəmir yoluna birləşdirəcək. Biz bu barədə onlarla əməkdaşlıq etməyə hazır olduğumuzu elan etdik və ötən axşam saziş də imzaladıq".

Onun sözlərinə görə, İran və Ermənistan arasında tikiləcək dəmir yolunun uzunluğu 382 kilometr olacaq: "Dəmir yolunun 80 kilometri İran ərazisində, 302 kilometri isə Ermənistan ərazisində inşa ediləcək. Hazırda İran bu istiqamətdə araşdırmalara başlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti