...

Poroşenko "Roshen"-i satır

Dünya xəbərləri Materials 17 Noyabr 2014 14:24 (UTC +04:00)
Ukrayna Prezidenti Pyotr Poroşenko ümid edir ki, yaxın vaxtlarda "Roshen" şirniyyat holdinqinin satışı üzrə sövdələşmə imzalanacaq.
Poroşenko "Roshen"-i satır

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Ukrayna Prezidenti Pyotr Poroşenko ümid edir ki, yaxın vaxtlarda "Roshen" şirniyyat holdinqinin satışı üzrə sövdələşmə imzalanacaq. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Prezident "Bild" qəzetinə müsahibəsində deyib.

P.Poroşenko bildirib: "Biz satışla bağlı iri investisiya banklarının biri ilə danışıqlar aparırıq. Əminəm ki, yaxın vaxtlarda müqavilə imzalaya biləcəyik".

Qeyd edək ki, "Roshen" holdinqi P.Poroşenkonun ailəsinin nəzarət etdiyi strukturlardan biridir. Şirkət təqribən 200 növ qənnadı məmulatı istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti