...

Bazel polisi etirazçılara qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edib

Dünya xəbərləri Materials 6 Dekabr 2014 14:40 (UTC +04:00)
Bazel polisi dünən gecə saatlarında toqquşmaların qarşısını almaq üçün ATƏT əleyhdarlarına qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edib.
Bazel polisi etirazçılara qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Bazel polisi dünən gecə saatlarında toqquşmaların qarşısını almaq üçün ATƏT əleyhdarlarına qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, iki saatdan çox davam edən iğtişaşlar nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Əvvəlcə dinc şəraitdə keçirilən etiraz aksiyasında təqribən 500 nəfər iştirak edib.

Polis 18 etirazçını saxladıqdan sonra onları buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti