...

"Aİ-nin Türkiyədən Gülən tərəfdarlarını azad etməyi tələb etməyə haqqı yoxdur"

Dünya xəbərləri Materials 16 Dekabr 2014 16:00 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Türkiyədən Fətullah Gülən tərəfdarlarını azad etməyi tələb etməyə haqqı yoxdur.
"Aİ-nin Türkiyədən Gülən tərəfdarlarını azad etməyi tələb etməyə haqqı yoxdur"

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqının (Aİ) Türkiyədən Fətullah Gülən tərəfdarlarını azad etməyi tələb etməyə haqqı yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, F.Gülən tərəfdarlarının həbs edilməsi siyasi məsələ deyil.

Qeyd edək ki, ötən gün Türkiyə polisi "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlını saxlayıb. F.Gülənlə əlaqəsi olduğu hesab edilən "Zaman" qəzeti və "Samanyolu" telekanalının ofislərində axtarışlar aparılıb. Ə.Dumanlıdan başqa, 20-dən çox şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti