...

“Charlie Hebdo” həftəliyi türk dilində də nəşr olunacaq

Dünya xəbərləri Materials 14 Yanvar 2015 10:02 (UTC +04:00)
“Charlie Hebdo” həftəliyinin bu nəşrə edilən terror hücumundan sonra ilk dəfə işıq üzü görəcək ilk nömrəsi Türkiyədə türk dilində dərc olunacaq.
“Charlie Hebdo” həftəliyi türk dilində də nəşr olunacaq

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

"Charlie Hebdo" həftəliyinin bu nəşrə edilən terror hücumundan sonra ilk dəfə işıq üzü görəcək ilk nömrəsi Türkiyədə türk dilində dərc olunacaq. Bu nömrə yanvarın 14-də çap olunacaq. Bu barədə çərşənbə günü Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, radikal islamçı dairələrlə əlbir olduqları ehtimal edilən terrorçular yanvarın 7-də Parisdəkli həftəlik "Charlie Hebdo" satirik jurnalına hücum edərək 12 nəfəri güllələyiblər. Yanvarın 9-da isə yəhudilərə məxsus mağazada 20 nəfəri girov götürərək onlardan 4-nü öldürüblər. Terror aktları ilə bağlı Fransada 16 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti