...

Parisdə 3 nəfəri girov götürmüş şəxs təslim olub (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 16 Yanvar 2015 17:54 (UTC +04:00)
Paris şəhəri yaxınlığında yerləşən Kolomb qəsəbəsindəki poçt şöbəsində 3 nəfəri girov götürmüş şəxs polisə təslim olub.
Parisdə 3 nəfəri girov götürmüş şəxs təslim olub (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:41-də yayılıb)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Paris şəhəri yaxınlığında yerləşən Kolomb qəsəbəsindəki poçt şöbəsində 3 nəfəri girov götürmüş şəxs polisə təslim olub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti BFMTV-yə istinadən xəbər yayıb.

Telekanalın məlumatına əsasən, o, poçt şöbəsini mühasirəyə alan polis əməkdaşlarına təslim olub.

Daha əvvəl verilmiş məlumata əsasən, həmin şəxs avtomat və tapança ilə silahlanmışdı, həmçinin onda bir neçə əl qumbarası var idi.

BFMTV-nin məlumatına görə, cinayətkar terrorçu deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti