...

Davudoğlu: Türkiyəyə investisiyalar regionun inkişafı deməkdir

Dünya xəbərləri Materials 22 Yanvar 2015 17:28 (UTC +04:00)
Türkiyəyə investisiyalar regionun inkişafı deməkdir.
Davudoğlu: Türkiyəyə investisiyalar regionun inkişafı deməkdir

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyəyə investisiyalar regionun inkişafı deməkdir, çünki onun iqtisadi artımı qonşu ölkələrin inkişafı deməkdir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazirin sözlərinə görə, Türkiyədə sabit siyasi vəziyyət mövcuddur ki, bu da iqtisadiyyatın inkişafına yardım edir.

Ə.Davudoğlu qeyd edib ki, Türkiyə ölkəyə investorlar cəlb edir: "Ankara kapitalın cəlb edilməsi üçün hər şey edir. Türkiyə hazırda regionun ən inkişaf etmiş ölkələrindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti