...

Ərdoğanın otağını dinləyənlər tutuldu

Dünya xəbərləri Materials 7 Fevral 2015 06:34 (UTC +04:00)
Türkiyə Prezidentiı Rəcəb Tayyib Ərdoğan açıqlayıb ki, onun otağını dinləyənlərdən ikisi Rumıniyada yaxalanıb.
Ərdoğanın otağını dinləyənlər tutuldu

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Türkiyə Prezidentiı Rəcəb Tayyib Ərdoğan açıqlayıb ki, onun otağını dinləyənlərdən ikisi Rumıniyada yaxalanıb.

Trend TRT Haber portalına istinadan məlumat verir ki, Ərdoğan Bursa Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdiyi axşam yeməyində çıxışı zamanı bildirib ki, onların Türkiyəyə qaytarılmasını istəyiblər: "Arzu edirəm ki, ən qısa zamanda ekstradisiya baş tutsun".

Türkiyənin inkişafından və güclənməsindən narahat olanların olduğunu bildirən Ərdoğan deyib ki, daxildə də narahat olanlar var, kənarda da narahat olanlar var: "Bunu xüsusilə bilməyinizi istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti