...

AKP: Papanın bəyanatı Qərbin antitürk kampaniyasının hissəsidir

Dünya xəbərləri Materials 13 Aprel 2015 14:15 (UTC +04:00)
Roma Papası Fransiskin 1915-ci il hadisələrinin ermənilərə qarşı "soyqırım" olması ilə bağlı bəyanatı Qərbdə aparılan antitürk kampaniyasının hissəsidir.
AKP: Papanın bəyanatı Qərbin antitürk kampaniyasının hissəsidir

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Roma Papası Fransiskin 1915-ci il hadisələrinin ermənilərə qarşı "soyqırım" olması ilə bağlı bəyanatı Qərbdə aparılan antitürk kampaniyasının hissəsidir. Bunu bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarə heyətinin üzvü Məzhər Bağlı deyib.

Onun sözlərinə əsasən, daha əvvəl bəzi Avropa ölkələri də belə bəyanatla çıxış ediblər: "Roma Papasının bəyanatına əsaslanaraq Qərbin Türkiyəyə qarşı ümimilikdə münasibəti barədə fikir söyləmək olar".

M.Bağlı qeyd edib ki, Türkiyə belə bəyanatlara cavab verə biləcək ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti