Azərbaycan, Bakı, 22 aprel /Trend/
İrana S-300 zenit-raket komplekslərinin tədarükü regionda güc balansını pozmur. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiostansiyalarının birgə efirində deyib.
Onun sözlərinə görə, İrana S-300 raketlərinin tədarükü nəticəsində bu ölkəyə zərbə endirmək istəyənlər ən azı iki dəfə düşünməli olacaqlar.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 13-də İrana S-300 zenit-raket sistemlərinin tədarükü ilə bağlı qadağanı aradan qaldıran sərəncam imzalamışdı.
Bu fərmanla S-300 raketlərinin Rusiya ərazisindən İrana tranzit (o cümlədən hava nəqliyyatı ilə) daşınması, eləcə də RF hüdudlarından kənarda, Rusiya bayrağı altında gəmi və təyyarələrdən İran tərəfinə təhvil verilməsi ilə bağlı qadağa aradan qaldırılıb.