...

Rəcəb Tayyib Ərdoğan: Ölkənin koalisiya hökumətinə ehtiyacı var

Dünya xəbərləri Materials 11 İyul 2015 01:55 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da İstanbul Universitetində iftar proqramına qatılıb.
Rəcəb Tayyib Ərdoğan: Ölkənin koalisiya hökumətinə ehtiyacı var

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da İstanbul Universitetində iftar proqramına qatılıb.

Trend-in "Hurriyet" qazetinə istinadən verdiyi xəbərə əsasən, proqram zamanı ölkə başçısı ölkənin koalisiya hökumətinə ehtiyacı olduğunu vurğulayıb: "Bu gün Türkiyənin mövcud problemlərinin həllini tapan ve ölkənin gələcəyinin inşası üçün ortaya iradə qoyan bir koalisiya hökumətinə ehtiyac var."

Qeyd edək ki, Türkiyədə parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində koalisiya hökuməti formalaşdırılmalıdır.

Ölkədə parlament seçkiləri iyunun 7-də baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti