...

Türkiyənin Baş naziri koalisiya hökuməti ilə bağlı danışıqlara başladı

Dünya xəbərləri Materials 13 İyul 2015 16:26 (UTC +04:00)
Türkiyənin Baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin yaradılması ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə danışıqlara başlayıb.
Türkiyənin Baş naziri koalisiya hökuməti ilə bağlı danışıqlara başladı

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin yaradılması ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə danışıqlara başlayıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, daha sonra Baş nazirlə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli və Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Demirtaşla görüşü gözlənilir.

Ədalət və İnkişaf Partiyası (AKP) ilə CHP kursunun bir-birinə zidd olmasına baxmayaraq, hər iki partiya ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüskarı olduğu və 2009-cu ildə başlayan kürd probleminin demokratik həllinə eyni münasibət göstərir.

AKP və CHP arasında əsas fikir ayrılığı ölkənin xarici, xüsusilə Ankaranın Suriyaya qarşı siyasəti ilə bağlıdır.

CHP həmişə hakim partiyanın Suriya siyasətinə qarşı olub, Suriya qaçqınlarının ölkədən çıxarılmasını, həmçinin bu ölkə ilə sərhədlərin bağlanmasını tələb edib. Koalisiya hökuməti yaratmaq üçün bu partiyalara mane olan əsas məsələ də budur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti