Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə koalisiya hökumətinin yaradılması enerji layihələrinin reallaşdırılmasına təsir etməməlidir. Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib ki, koalisiya hökumətinin ölkədə enerji və tikinti layihələrini donduracağından söhbət belə gedə bilməz.