...

Türkiyənin baş naziri hökumət qurmaq səlahiyyətini ölkə prezidentinə təhvil verib

Dünya xəbərləri Materials 19 Avqust 2015 00:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Türkiyənin baş naziri Əhməd Davudoğlu yeni koalisiya hökumətin qurulması ilə bağlı iyulun 9-da aldığı səlahiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, avqustun 18-də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Əhməd Davudoğlu yeni hökuməti formalaşdıra bilməməsi barədə dövlət başçısına məlumat verib.

Daha öncə, Türkiyənin Mərkəzi Seçki Komitəsinin (YSK) seçkilərlə bağlı qərar qəbul edib. Qərara əsasən, seçkilərin keçirilməsinə üç aylıq hazırlıq müddəti azaldıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti