Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Türkiyə Baş nazirinin müavini təyin edilən Toğrul Türkeş Milliyyətçi Hərəkat Partiyasının (MHP) nizam-intizam qurumunun qərarına əsasən partiya sıralarından xaric edilib. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına əsasən, MHP bu qərarı dünən T.Türkeşin partiyanın lideri Dövlət Bahçeli haqqında ifadələrindən sonra verib.