...

Vladimir Putin İrana səfər edəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2015 14:39 (UTC +04:00)
Rusiya prezidenti Viladimir Putin bu ilin sonunadək (İranda il martın 21-də dəyişir) İrana səfər edəcək.
Vladimir Putin İrana səfər edəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Rusiya Prezidenti Vladimir Putin bu ilin sonunadək (İranda il martın 21-də dəyişir) İrana səfər edəcək. Bunu İran xarici işlər nazirinin müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.

Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

İ.Rəhimpur deyib ki, səfərin baş tutması üçün danışıqlar aparılır. "Hələlik dəqiq tarix müəyyən olunmayıb. Ikitərəfli əlaqələrin inkişafı gündəlikdədir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün sənədlər hazırlanır. Səfərin ilin sonunadək baş tutması gözlənilir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti