...

Vilayəti: Minadakı hadisədə İranın bəzi yüksək vəzifəli şəxsləri ölüb və itkin düşüb

Dünya xəbərləri Materials 30 Sentyabr 2015 10:57 (UTC +04:00)
İranın Ali Lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ötən axşam verdiyi açıqlamada Səudiyyə Ərəbistanda - Minada baş vermiş hadisənin şübhəli olduğunu bildirib.
Vilayəti: Minadakı hadisədə İranın bəzi yüksək vəzifəli şəxsləri ölüb və itkin düşüb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın ali lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ötən axşam verdiyi açıqlamada Səudiyyə Ərəbistanında - Minada baş vermiş hadisənin şübhəli olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verir.

Ə.Ə.Vilayəti Minada baş verən hadisədə İranın bəzi yüksək vəzifəli şəxslərinin öldüyünü və itkin düşdüyünü bildirib. "Səudiyyə Ərəbistan bu məsələnin araşdırılması üçün lazimi işlər görməlidir".

Ə.Vilayəti ölmüş və itkin düşmüş yüksək vəzifəli şəxslərin kimliyini açıqlamayıb.

İranın Həcc və Ziyarət təşkilatının rəsmi xəbər saytının (hajnews.ir) yayımladığı məlumata görə, İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadidən başqa, Minada itkin düşənlər arasında Əli Əsğər Fuladgərin də olduğunu bildirirlər. Əli Əsğər Fuladgər İran İslam İnqilab Keşikçilər Korpusunun (Sepah) strateji informasiya ofisinin sədridir.

Bundan başqa, İranın Xarici işlər Nazirliyi, Təhsil Nazirliyi, ali liderin ofisinin bir neçə işçisinin adi itkin düşmüş şəxslərin siyahısında göstərilib.

Qeyd edək ki, son statistikaya görə, Minada baş verən hadisədə 239 iranlı zəvvar ölüb və 240-dan çox zəvvar isə itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti