...

Davudoğlu: ​Türkiyə ikinci Suriya olmayacaq

Dünya xəbərləri Materials 12 Oktyabr 2015 14:10 (UTC +04:00)
Ankaradakı partlayış Türkiyədə sabitliyin pozulmasına istiqamətlənib.
Davudoğlu: ​Türkiyə ikinci Suriya olmayacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə ikinci Suriya olmayacaq. Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Ankaradakı partlayış Türkiyədə sabitliyin pozulmasına istiqamətlənib.

Ə.Davudoğlu qeyd edib ki, partlayışı iki kamikadze törədib.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada baş vermiş terror aktı zamanı 95 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti