...

Türkiyənin Avropa İttifaqı işləri nazir 89 ölkə ilə viza rejiminin tətbiqi barədə məlumatı təkzib etdi

Dünya xəbərləri Materials 9 Yanvar 2016 23:51 (UTC +04:00)

Bakı. Trend:

2016-ci il iyunun 1-dən Türkiyənin 89 ölkə ilə viza rejiminin qaytarılacağı barədə məlumat əsassızdır. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin Avropa İttifaqı işləri naziri Volkan Bozkır deyib.

"Biz çalışırıq ki, vətəndaşlarımız 2016-ci ilin oktyabr ayından Şengen zonası ölkələrinə vizasız səfər edə bilsinlər və bu istiqamətdə də işi davam etdiririk. Bu məlumat həqiqətə uyğun deyil. Səlahiyyətli orqanlarının bəyanatlarına etibar etmək lazımdır", deyə Bozkır bildirib.

Qeyd edək ki, daha öncə Türkiyənin bir sıra KİV-ləri məlumat yaymışdılar ki, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.

Xəbər lenti

Xəbər lenti