Bakı. Trend:
Ekspertlər Gürcüstan tərəfinin Rusiyanın "Qazprom" şirkəti ilə danışıqları barədə yanlış məlumat yayırlar.
Trend-in "Qruziya-onlayn"a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze ölkədə ilk texnoparkın açılış mərasimi başa çatdıqdan sonra deyib.
O bildirib: "Onlarla bir neçə ildir münasibətlərimiz var. Hər il sazişlərə yenidən baxılır, lakin indiki halda tələb sazişin şərtlərinin dəyişdirilməsindən, o cümlədən pul ödənişinə keçiddən ibarətdir, yəni tranzit həcminin 10 faizi əvəzinə onlar bizə pul ödəsinlər. Bu danışıqlara çoxdan başlanılıb, artıq bir neçə görüş keçirilib, lakin saziş əldə edilməyib".