...

İnterpol Nemtsovun qətlində təqsirli bilinən çeçeni axtarır

Dünya xəbərləri Materials 27 Fevral 2016 13:18 (UTC +04:00)
İnterpol Rusiyanın aparıcı müxalifət liderlərindən olmuş Boris Nemtsovun qətlində təqsirli bilinən Ruslan Muxudinovun axtarışına başlayıb.
İnterpol Nemtsovun qətlində təqsirli bilinən çeçeni axtarır

Bakı. Elçin Hüseynov - Trend:

İnterpol Rusiyanın aparıcı müxalifət liderlərindən olmuş Boris Nemtsovun qətlində təqsirli bilinən Ruslan Muxudinovun axtarışına başlayıb. Trend İnrerfaks-a istinadən xəbər verir ki, bunu Nemtsov ailəsinin vəkili Vadim Proxorov bildirib.

Onun sözlərinə görə, çeçen əsilli R.Muxudinovun axtarışı ilə həm İnterpolun Rusiya bürosu, həm də təşkilatın Lion şəhərində yerləşən baş katibliyi məşğuldur.

Xatırladaq ki, Moskvanın Basman məhkəməsi 3 ay əvvəl R.Muxudinova qarşı qiyabi olaraq B.Nemtsovun qətlinin təşkili ittihamını irəli sürüb və barəsində federal axtarış elan edib.

Müxalif siyasətçi B.Nemtsov 2015-ci il fevralın 27-də Moskvada Kreml yaxınlığındakı Böyük Moskvaretsk körpüsünün üstündə qətlə yetirilib. Polisin məlumatına görə, naməlum şəxs avtomobildən müxalifətçinin kürəyinə dörd dəfə atış açıb.

Fakt üzrə Rusiya CM-in 105 (qətl) və 222-ci (qanunsuz silah dövriyyəsi) maddələri üzrə cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti