...

Türkiyədə müxalifət lideri deputat toxunulmazlığından məhrum edilə bilər

Dünya xəbərləri Materials 1 Aprel 2016 13:31 (UTC +04:00)
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş deputat toxunulmazlığından məhrum edilə bilər.
Türkiyədə müxalifət lideri deputat toxunulmazlığından məhrum edilə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş deputat toxunulmazlığından məhrum edilə bilər.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Bu gün Türkiyənin Ədliyyə Nazirliyi S.Dəmirtaş və HDP-nin digər deputatlarının toxunulmazlıq hüququndan məhrum edilməsi məsələsi üzrə parlamentə müraciət edib.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilmiş terror aktından sonra HDP-nin bəzi deputatları PKK-nın üzvü olan terrorçu-intiharçının dəfnində iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti