Bakı. Rufiz Hafizoğlu - Trend:
PKK terror təşkilatı ötən gün Türkiyənin Diyarbəkir vilayətində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda polis terror aktının təşkilatçılarının şəxsiyyətini müəyyənləşdirir.
Qeyd edək ki, dünən Diyarbəkirdə törədilmiş terror aktı nəticəsində 7 polis ölüb, 27 nəfər isə xəsarət alıb.