...

Türkiyə Silahlı Qüvvələri avqust ayından 1172 İŞİD üzvünü məhv edib

Dünya xəbərləri Materials 6 May 2016 08:15 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri avqust ayından bu günə kimi "İslam dövləti" terror qruplaşmasının (İŞİD) 1172 üzvünü məhv etdiyini bildirib.
Türkiyə Silahlı Qüvvələri avqust ayından 1172 İŞİD üzvünü məhv edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri avqust ayından bu günə kimi "İslam dövləti" terror qruplaşmasının (İŞİD) 1172 üzvünü məhv etdiyini bildirib.

Trend-in Haber 7 qəzetinə istinadən verdiyi məlumata əsasən, ümumilikdə türk ordusu İŞİD-in 2144 mövqeyinə zərbələr endirib.

Ölən 1172 terrorçudan 807-si Suriyada zərbələr zamanı, 365-i isə İraqın şimalında məhv edilib.

Dünən Türkiyə Silahlı Qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 20 terrorçu məhv edilib. Zərbələr Türkiyənin Kilis vilayətinin hücuma məruz qalmasından sonra cavab olaraq endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti