...

Binəli Yıldırım vətəndaşları küçələri tərk etməməyə çağırıb

Dünya xəbərləri Materials 16 İyul 2016 10:44 (UTC +04:00)
Türkiyənin Baş naziri Binəli Yıldırım dövlətə dəstək nümayiş etdirmək üçün vətəndaşları küçələri tərk etməməyə çağırıb.
Binəli Yıldırım vətəndaşları küçələri tərk etməməyə çağırıb

Bakı. Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım dövlətə dəstək nümayiş etdirmək üçün vətəndaşları küçələri tərk etməməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə o Twitter hesabında paylaşdığı videomüraciətində bəyan edib.

Baş nazir qeyd edib ki, hərbi çevrilişə cəhddə iştirak edən hərbçilərin həbsi davam edir.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 140-dan artıq hərbçinin həbs olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti