...

Türkiyə HHQ İraqın şimalını bombalayır

Dünya xəbərləri Materials 30 Avqust 2016 00:15 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri avqustun 29-da Şimali İraq ərazisində PKK mövqelərinə hava zərbələri endiriblər
Türkiyə HHQ İraqın şimalını bombalayır

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri avqustun 29-da Şimali İraq ərazisində PKK mövqelərinə hava zərbələri endiriblər. Bu barədə Trend "Milliyet" qəzetinə istinadən xəbər verir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti