Bakı. Trend:
G20 ölkələri davamlı iqtisadi artımı təmin etmək üçün iqtisadi siyasətin bütün rıçaqlarından istifadə etmək niyyətindədir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə G20 sammitinin yekunları üzrə kommünikedə deyilir.
"İyirmilik" liderləri qeyd edirlər ki, pul-kredit siyasəti iqtisadi aktivliyi dəstəkləməyə və mərkəzi bankların mandatlarına uğun olaraq qiymətlərin sabitliyini təmin etməyə davam edəcək.