Bakı. Trend:
Türkiyədə saxlanılan millət vəkilləri hüquqa hörmətsizlik ediblər.
Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ədliyyə naziri Bəkir Bozdağ deyib.
Nazir Xalqların Demokratik Partiyasından (HDP) olan deputatların bəzilərinin saxlandığını bildirib: "15 millət vəkili saxlanılıb".
B.Bozdağ qeyd edib ki, Türkiyə hüquqi dövlətdir, qanun qarşısında hamı bərabərdir: "Bərabərlikdən niyə narahatsınız ki? Məlum olduğu kimi, 20 may 2016-cı ildə deputatların toxunulmazlığı aradan qaldırılıb".
O əlavə edib ki, saxlanılan millət vəkilləri hüququn işləməsinə şərait yaratmayıblar, hüququ tanımayıblar: "Hüquqa hörmətsizlik ediblər. Belə bir vəziyyətdə qanun və hüquq hansı tədbirin görülməli olduğunu açıq şəkildə yazır".