Bakı. Trend:ğ
Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ məhkəmə qərarı ilə həbs edilib.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar terrora dəstəkdə ittiham olunurlar.
Qeyd edək ki, bundan əvvəl HDP-dən olan üç millət vəkili həbs edilib.