...

Türkiyədə daha iki HDP-li millət vəkili həbs olundu (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 Noyabr 2016 17:07 (UTC +04:00)
Şirnak vilayət məhkəməsi Xalqların Demokratik Partiyasından (HDP) olan daha iki deputatın həbs edilməsinə qərar verib.
Türkiyədə daha iki HDP-li millət vəkili həbs olundu (YENİLƏNİB)

İlk xəbər saat 15:51-də yayılıb

Bakı. Orxan Quluzadə - Trend:

Şirnak vilayət məhkəməsi Xalqların Demokratik Partiyasından (HDP) olan daha iki deputatın - Leyla Birlik və Nursel Aydoğanın həbs edilməsinə qərar verib.

Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

X X X

15:51

Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı

Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı

Türkiyədə polis tərəfindən saxlanılmış müxalifətdən olan millət vəkillərindən daha biri məhkəmə qərarı ilə həbs edilib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu, Xalqların Demokratik Partiyasının (HDP) üzvü İdris Balukendir.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Diyarbəkir prokurorluğunun təlimatı ilə HDP-nin 12 millət vəkili, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ saxlanılmışdı.

Prokurorluq S.Dəmirtaşın həbs olunması ilə bağlı məhkəməyə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti