Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə polisi Xalqların Demokratik Partiyasının (HDP) deputatı Ziya Piri ifadəsi alındıqdan sonra sərbəst buraxıb. Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.
Prokurorluq həmçinin HDP həmsədri Səlahəddin Dəmirtaşın ifadəsini alıb və onun həbsi barədə məhkəməyə məktub ünvanlayıb.
Qeyd edək ki, HDP-nin 12 deputatı ifadə verilməsi üçün prokurorluğun cağırışını nəzərə almayıblar.
Saxlanılanlar arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağdan başqa, Türkiyə parlamentinin 9 HDP üzvü olan deputat da olub: Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndər.