...

Türkiyə səfiri: Yalnız HDP üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdı

Dünya xəbərləri Materials 7 Noyabr 2016 16:22 (UTC +04:00)
Yalnız Xalqların Demokratik Partiyasının (HDP) üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdı.
Türkiyə səfiri: Yalnız HDP üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdı

Bakı. Orxan Quluzadə - Trend:

Yalnız Xalqların Demokratik Partiyasının (HDP) üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdı.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Turkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrlərinin və deputatlarının həbsinə toxunan səfir qeyd edib ki, bu, yeni bir hadisə deyil:

"Prokurorluq araşdırması uzun müddətdir ki davam edir. Bu vəkillər prokurorluğa ifadə vermədikləri üçün saxlanılıblar. Daha sonra məhkəmə onlardan bəzilərinin həbsinə qərar verib. Ümumilikdə, digər partiyalardan olan deputatlar da prokurorluğa dəvət edilmişdi. Yalnız HDP üzvləri bundan boyun qaçırmışdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti