Pakistanda Əfqanıstan konsulluğunda atışma - 1 ölü

Dünya xəbərləri Xəbər 6 Fevral 2017 13:06 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Kəraçi şəhərində Əfqanıstan konsulluğunda atışma baş verib.

Trend bildirir ki, hadisə nəticəsində konsulluğun bir əməkdaşı həlak olub.

Yerli polisin məlumatına görə, konsulluğun mühafizəçisi mübahisə zəminində konsulluğun üçüncü katibinə odlu silahdan atəş açıb. Mübahisənin səbəbi məlum deyil.

Qeyd olunur ki, hadisədən dərhal sonra mühafizəçi polis tərəfindən saxlanılıb.

Xəbər lenti

Xəbər lenti