...

Etirazçılar Makedoniya parlamentinin binasını ələ keçiriblər

Dünya xəbərləri Materials 28 Aprel 2017 01:33 (UTC +04:00)

Bakı. Trend:

"Vahid Makedoniya" etiraz aksiyalarının iştirakçıları Makedoniya parlamentinin binasına daxil olublar.

Trend-in verdiyi məlumata görə, etirazçılar parlamentə etnik alban Tələt Cəfərinin parlamentin spikeri şeçildikdən sonra daxil olublar və müxalifətin lideri Zoran Zayev və bir neçə digər deputatı döyüblər.

Qeyd edək ki, Makedoniya Respublikasının Məclisi (parlament) 120 səsdən 62 səs çoxluğu ilə etnik alban Tələt Cəfərini Məclisin sədri seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti