...

Ankarada kütləvi tədbirlərin keçirilməsi qadağan edildi

Dünya xəbərləri Materials 2 Avqust 2017 11:41 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada avqust ayı boyunca ictimai yerlərdə, o cümlədən parklarda müxtəlif tədbirlərin keçirilməsi qadağan edilib
Ankarada kütləvi tədbirlərin keçirilməsi qadağan edildi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin paytaxtı Ankarada avqust ayı boyunca ictimai yerlərdə, o cümlədən parklarda müxtəlif tədbirlərin keçirilməsi qadağan edilib.

Trend-in məlumatına görə, bu qərar Ankara valiliyi tərəfindən paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə qadağan olunmuş “İnqilabçı xalq-azadlıq partiyası – Cəbhə”nin (DHKP-C) tərəfdarları təşkilatın bir üzvünün həbs edilməsi ilə əlaqədar etiraz aksiyası keçirəcəyini elan etmişdi.

Xəbər lenti

Xəbər lenti