...

Kataloniyada ümumi tətil keçirilir

Dünya xəbərləri Materials 3 Oktyabr 2017 11:49 (UTC +04:00)
Bu gün Kataloniyada İspaniya polisinin sərt addımlarına etiraz olaraq ümumi tətil keçirilir
Kataloniyada ümumi tətil keçirilir

Bakı. Trend:

Bu gün Kataloniyada İspaniya polisinin sərt addımlarına etiraz olaraq ümumi tətil keçirilir.

Trend-in məlumatına görə, Kataloniya rəhbərliyi bölgə sakinlərini yerli vaxtla saat 12:00-da yaşadıqları şəhər və qəsəbələrin meriyaları önündə toplaşmağa çağırıb.

Gün ərzində Barselonada ictimai nəqliyyat işləməyəcək. Avtobus və metropoliten yalnız səhər saatlarında və axşam pik vaxtlarında daşımaların kiçik hissəsini yerinə yetirəcək.

Kataloniyadakı hava limanlarında da iş həcmi azaldılacaq.

Dəmir yollarında 150-dən çox reysin təxirə salındığı məlumat verilib.

Barselonada və digər şəhərlərdə muzeylər, sərgilər, teatrlar bağlı olacaq.

“Barselona” və “Jirona” futbol klublarının əməkdaşları da tətilə qoşulduğunu elan edib.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada İspaniyadan ayrılmaq barədə referendum keçirilib. İspaniya hökumətinin qarşı çıxdığı referendum zamanı polislə toqquşmalar zamanı 800-dən çox adam yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti